Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bu il BDU-nu 5 mindən çox tələbə bitirir


2023/2024-cü tədris ilində Bakı Dövlət Universitetini (BDU) 5 mindən çox tələbə bitirir.
Bu barədə BDU-dan bildirilib. Ümumilikdə fəaliyyət göstərdiyi dövr ərzində BDU 200 min nəfərdən artıq mütəxəssis və yüksəkixtisaslı kadr yetişdirib.
Hazırda BDU-da 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25 minə yaxın tələbə təhsil alır. Bakalavriat səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 258 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.


Tarix: 27-06-2024, 12:54

Xəbəri paylaş