Müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq
Müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi yekunlaşıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iyunun 21, 22 və 24-də keçirilmiş sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib.
Test imtahanlarında 23 min 448 müəllim iştirak edib. Prosesdə 97,5 faiz davamiyyət qeydə alınıb.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.
Tarix: 24-06-2024, 17:30
Xəbəri paylaş