DİM: I ixtisas qrupu üzrə bir nəfər 700 bal toplayıb
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən bildirilib ki, I ixtisas qrupu üzrə Şəki şəhər 18 nömrəli tam orta məktəbin məzunu Zərifə Elmaz qızı İlyasova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplayıb.
Qeyd edilib ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. İmtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı orta məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib. O, imtahanın birinci mərhələsində 300 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697 bal) ona məxsusdur.
Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 19-dək davam edəcək.
Tarix: 14-06-2024, 18:30