Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universitetində İctimai Şuranın ikinci iclası keçirilib





Azərbaycan Texnologiya Universitetində İctimai Şuranın (İŞ) ikinci iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov İctimai Şura üzvlərini salamlayıb, müzakirə olunacaq məsələlərin, ediləcək təklif və tövsiyələrin, ümumilikdə ictimai rəyin öyrənilməsinin universitetin fəaliyyətində əhəmiyyətini vurğulayıb.
İclasda İŞ sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, üzvlərdən “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İctimai Birliyinin (İB) Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təmas” Regional İnkişaf İB-nin sədri Südabə Məmmədova, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov, ATU-nun tədris işləri üzrə prorektoru Raqif Hüseynov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov iştirak edib.
İŞ sədri və üzvləri 2023/2024-cü tədris ilinin yay imtahan sessiyası ilə tanış olub, prosesi monitor vasitəsilə izləyiblər. Onlara imtahanların gedişi və təşkili, İmtahan Komissiyası, Apellyasiya Komissiyasının fəaliyyəti ilə bağlı məlumatlar təqdim edilib. 
İclasda yay imtahan sessiyasının ardından ATU-nun inkişafı ilə bağlı mövcud vəziyyət və qarşıda duran məsələlər müzakirə edilib. Yekunda şura tərəfindən universitet rəhbərliyinə təklif və tövsiyələr təqdim edilib.
Qeyd edək ki, ötən il əsası qoyulan İctimai Şura ictimai rəyin əhəmiyyəti əsas götürülərək Gəncə universitetləri arasında ilk dəfə Azərbaycan Texnologiya Universitetində yaradılıb.
 


Tarix: 14-06-2024, 00:51

Xəbəri paylaş