Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

I Milli Təhsil Zirvəsi keçirilib



Azərbaycan Respublikası Təhsil Cəmiyyəti və “Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 25-də Xəzər Universitetində I Milli Təhsil Zirvəsi keçirilib.
Tədbirdə 250-yə yaxın təhsil ictimaiyyəti nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova iştirakçıları salamlayıb və sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verib.
Professor bu ali təhsil müəssisəsinin belə bir tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov yeni innovasiyalar haqqında məlumat verib.
Daha sonra Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, “Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyinin sədri Sona Əliyeva çıxış ediblər.
Tədbirin bədii hissəsində Əməkdar artist Fərqanə Qasımovanın ifası dinlənilib.
Sonra Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov çıxış edərək spikerlərə, tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.


Tarix: 25-05-2024, 22:19

Xəbəri paylaş