Böyük Qayıdış: Cəbrayıl və Zəngilanın təməli qoyulan kəndlərində məktəb və bağçalar da inşa olunacaq
Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində bir neçə kəndin təməlini qoyub.
"Azərbaycan müəllimi" xəbər verir ki, təməli qoyulan kəndlərdə digər bir sıra obyektlərlə yanaşı, məktəblərin tikintisi də nəzərdə tutulub:
- Cəbrayıl rayonunun təməli qoyulan Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq.
- Cəbrayıl rayonunun təməli qoyulan Sarıcallı kəndində əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi nəzərdə tutulur.
- Cəbrayıl rayonunun təməli qoyulan Maşanlı kəndində tam orta məktəb üçün bina və iki uşaq bağçasının tikintisi nəzərdə tutulub.
- Cəbrayıl rayonunun təməli qoyulan Karxulu kəndində əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək.
- Zəngilan rayonunun təməli qoyulan Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası inşa olunacaq.
Tarix: 19-05-2024, 21:07