Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sumqayıt Peşə Təhsil Mərkəzində Britaniyanın təcrübəsindən istifadə ediləcək



Azərbaycanda ilk dəfə olaraq peşə təhsil sistemində Böyük Britaniyanın “qaynaq işləri” təcrübəsi modelinin tətbiqinə başlanılır. Belə ki, bu yenilik İqtisadi Zonaların İnkişafı Agentliyinin Sumqayıtda yerləşən Peşə Təhsil Mərkəzində tətbiq ediləcək.
AZƏRTAC xəbər verir ki, mayın 15-də İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə Böyük Britaniyanın tədqiqat və texnologiya sahələrində uzunmüddətli təcrübəyə malik olan “TWI Ltd” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və "TWI” şirkətinin Azərbaycan filialının direktoru Kərim Şakuri imzalayıblar.
Memorandumda Peşə Təhsil Mərkəzi ilə “TWI Ltd.” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulması, tələbələrin və müəllimlərin şirkətin innovativ layihələrinə cəlb edilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması üçün laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, elmi-texniki və texnoloji problemləri əhatə edən yeni tədqiqatların aparılması və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Qeyd edək ki, 1946-cı ildə əsası qoyulan TWI Ltd. şirkətinin 60-dan çox ölkədə filialı mövcuddur və şirkətin ümumilikdə 1000-dən artıq əməkdaşı var. Şirkət tərəfindən dünyada hər il 20 mindən çox tələbəyə 100-dən artıq istiqamətdə təlimlər təşkil edilir.


Tarix: 15-05-2024, 22:00

Xəbəri paylaş