Ulu öndərin məzarı ziyarət edilib


Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.
Tarix: 10-05-2024, 23:17