Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Sumqayıt Dövlət Universitetində yeni təyinat olub

 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, ”Mercedes-Benz Consulting” şirkətinin Süni intellekt üzrə baş məsləhətçisi, Berlin Texniki Universitetinin Süni Zəka üzrə doktorantı, Dövlət Proqramı məzunu Günay Kazımzadə Sumqayıt Dövlət Universitetinin SABAH Magistratura Proqramları üzrə rektor müşaviri təyin olunub. 
  
Bu sahə üzrə mütəxəssis Günay Kazımzadə tərəfindən data analitikası, kibertəhlükəsizlik və kompüter mühəndisliyi ixtisaslaşmalarına qəbulla bağlı vebinar keçiriləcək və sizləri maraqlandıran suallar cavablandırılacaq.
  
Vebinarda SABAH Magistratura Proqramlarının üstünlükləri, universitetin təklif etdiyi imkanlar, magistrantlar üçün geniş spektrdə dərsdənkənar fəaliyyətlər barədə məlumatlar veriləcək. 
 
Qeydiyyat üçün aşağıdakı linkə keçid edin:
 
https://forms.gle/GB8N2SzbwMxQmYsQ8


Tarix: 26-04-2024, 22:07

Xəbəri paylaş