"Sabahın alimləri" XIII Respublika Müsabiqəsi ilə bağlı STATİSTİKA
Bu gün "Sabahın alimləri" XIII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” müsabiqə ilə bağlı statistik məlumatları təqdim edir:
Müsabiqəyə şagirdlər tərəfindən, ümumilikdə 652 layihə təqdim olunub. Bu layihələrin 113-ü final mərhələsinə vəsiqə qazanıb.
Final mərhələsinə keçən 113 layihədən 87-si şagirdlər tərəfindən kollektiv, 26-sı isə fərdi qaydada təqdim olunub. Ümumilikdə 1068 nəfər müraciətçidən 200 nəfəri finalda iştirak hüququ qazanıb.
Müraciətlər fərqli sahələrdə aparılıb:
- Riyaziyyat sahəsində 84 layihə təqdim olunub, bunlardan 12 layihə finala keçib. Finalçı şagirdlərin sayı isə 19-dur.
- Fizika və astronomiya sahəsində 85 layihə təqdim edilib, bunlardan 15-i finala yüksəlib. Finalçı şagirdlərin sayı isə 30-dur.
- Kimya sahəsində 52 layihə təqdim olunub, bunlardan 11-i finala çıxaraq vəsiqə qazanıb. Şagird sayı isə 20-dir.
- Biologiya sahəsində 49 layihə təqdim edilib, bunlardan 8-i finala yüksəlib. Finalçı şagirdlərin sayı isə 15-dir.
- Tibb və sağlamlıq sahəsində 52 layihə təqdim olunub, bunlardan 11-i finala yüksəlib. Finalçı şagirdlərin sayı isə 17-dir.
- Kompüter elmləri sahəsində 98 layihə təqdim edilib, bunlardan 14-i finala vəsiqə qazanıb. Finalçı şagirdlərin sayı 26-dır.
- Ekologiya və ətraf mühitin idarə olunması sahəsində 116 layihə təqdim olunub, bunlardan 17-si finala yüksəlib. Finalçı şagirdlərin sayı 27-dir.
- Mühəndislik sahəsində 116 layihə təqdim edilib, bunlardan 25-i finala vəsiqə qazanıb. Finalçı şagirdlərin sayı isə 46-dır.
Finalda iştirak edən şagirdlərin cins kateqoriyası üzrə bölgüsü aşağıdakı kimidir:
- 82 qız (41%);
- 118 oğlan (59%).
Ekologiya və ətraf mühitin idarə olunması sahəsində qızların sayı, mühəndislik sahəsində isə oğlanların sayı nisbətən daha çoxdur.
Finala keçən müraciətçilərin məktəb və siniflər üzrə bölgüsünə gəlincə:
- Ümumilikdə 94 məktəbdən 48-i Bakıda, 46-sı isə bölgələrdə yerləşən kənd məktəbidir.
Siniflər üzrə bölgü isə belədir:
- IX sinifdən 211 şagird müraciət edib, bunlardan 49-u finala yüksəlib.
- X sinifdən 250 şagird müraciət edib, bunlardan 75-i finala vəsiqə qazanıb.
- XI sinifdən 186 şagird müraciət edib, bunlardan 76-sı finala yüksəlib.
Məlumat üçün bildirək ki, 8 istiqamət üzrə 6 seçilmiş layihə, ümumilikdə isə 48 layihə finalda qalib gəlmə şansı əldə edəcək.
https://www.muallim.edu.az/news.php?id=29218
Tarix: 17-04-2024, 23:12