Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Elsevier” şirkətinin nümayəndə heyəti ilə onlayn görüş keçirilib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə “Elsevier” şirkətinin nümayəndə heyəti arasında onlayn görüş keçirilib.
 
İlk olaraq görüş iştirakçılarına “Elsevier” şirkətinin yeni regional direktorları İbrahim Mohammad (“Scopus” və “Scival” üzrə) və Samer Gamal (“ScienceDirect” üzrə) təqdim olunub.
 
Görüşdə ölkə üzrə elm və ali təhsil müəssisələrinin elmi-tədqiqata daha fəal təşviq olunması və beynəlxalq səviyyədə ölkənin elmi potensialının gücləndirilməsi üçün müxtəlif mexanizmlər müzakirə edilib.  
 
Sözügedən mexanizmlərə yerli nəşrlərin və onların istinadlarının “Scopus” beynəlxalq elmmetrik bazasında yer alması üçün həllər, nəticəyönümlü tədqiqat aparılması üçün yanaşmalar, “Scival” proqram təminatı vasitəsilə data əsaslı qərarvermə və s. aiddir.
 
Görüş cari il ərzində elm və ali təhsil müəssisələri, həmçinin elmi jurnalların heyətləri üçün təşkil olunacaq təlimlər, vörkşoplar və digər layihələrin müzakirəsi ilə davam edib.


Tarix: 19-03-2024, 12:13

Xəbəri paylaş