Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Tələbələr üçün təsis edilən təqaüdlər ilk sahiblərinə təqdim edilib.






“Azəralüminium” və “ATS Food” tərəfindən Azərbaycan Texnologiya Universiteti tələbələri üçün təsis edilən təqaüdlər ilk sahiblərinə təqdim edilib. 
Bununla bağlı baş tutan görüşdə rektor v.m.i.e. dos.Yaşar Ömərov təqaüdə layiq görülən tələbələri təbrik edib, bildirib ki, bu nailiyyət ikiqat məsuliyyətdir, onlar etimadı doğrultmalı və müvəffəqiyyət göstəricilərini daha da yüksəltməlidirlər.
 
Görüşdə ən yüksək akademik göstəricilərə malik olan tələbələrə təqaüdü “Azəralüminium” Gəncə istehsalat kompleksinin direktoru Cəmil Səfərov və “ATS Food” MMC-nin Şəmkir filialının direktoru Rasim Səfərov təqdim edib.
 
Təqaüdü qazananlar Avtomatika Telekommunikasiya və İnformatika fakültəsinin informasiya texnologiyaları ixtisasının III kurs tələbəsi, 99,9 ballıq ümumi ortalama müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə Zibeydə Adişirinova, kompyuter mühəndisliyi ixtisasının IV kurs tələbəsi Ləman Mamedova (ÜOMG 99.36), Qida mühəndisliyi fakültəsinin şərabçılıq ixtisasının IV kurs tələbələri Sürəyya Məhərrəmova (ÜOMG 96.4) və Dürdanə Dadaşovadır (ÜOMG 96).
 
Onların arasında ən yüksək göstəriciyə malik Zibeydə artıq üçüncü ildir ki, ÜOMG üzrə fakültə birinciliyini qoruyur. Ləman isə ÜOMG göstəriciləri ilə bu semestr daha bir – Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” in tələbə qızlar təqaüdünü qazanıb.


Tarix: 15-03-2024, 22:31

Xəbəri paylaş