Fidan Hüseynova ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna qəbul olub
Azərbaycanlı məktəbli Fidan Hüseynova dünyanın ən nüfüzlu ali məktəbi olan Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub. İnformatika fənni üzrə müxtəlif milli və beynəlxalq olimpiadaların qalibi olan məktəblimiz Gəncə FRİTL-in (Fizika, riyaziyyat və informatika təmayüllü lisey) 2023-cü il məzunudur, hazırda isə İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alır.
Fidan Hüseynova 2023-cü ilin iyun ayında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” Təqaüd Proqramının dəstəyi ilə informatika fənni üzrə İspaniyada keçirilən beynəlxalq olimpiadalara hazırlıq kampında iştirak edib. O informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında (RFO) 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.
Tarix: 15-03-2024, 22:09