Universitet - sənaye əlaqələri
Azərbaycan Texnologiya Universiteti sənaye əlaqələrini genişləndirir. Universitet sənaye əlaqələrini gücləndirmək məqsədilə bu dəfə "Şəki Şərab" və
GİLTEX zavodları ilə əməkdaşlıq memorandumları imzalayıb. Belə ki, 2024-cü ilin 6 mart tarixində Azərbaycan Texnologiya Universiteti ilə
"Şəki Şərab" MMC arasında baş tutan görüşdə əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi dos.Yaşar Ömərovla "Şəki Şərab" zavodunun direktoru İqoşin Adam imzalayıb.

Sumqayıt şəhərində yerləşən GİLTEX MMC müəssisəsi ilə əməkdaşlıq memorandumu isə 11 mart 2024-cü il tarixində imzalanıb. Yüngül sənaye
müəssisəsi ilə əməkdaşlıq sənədini rektor v.m.i.e. dos. Yaşar Ömərovla GİLTEX-in İcraçı direktoru Esmin Xəlilov imzalayıb.
Hər iki müəssisə ilə görüş zamanı kadr hazırlığının müəssisələrin tələblərinə uyğunlaşdırılması, müasir texnologiyaların elmi əsaslarla tətbiqinin
gücləndirilməsi, elmi-praktik təcrübələrin birgə aparılması, şərab turizminin inkişaf etdirilməsi kimi məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.

Qeyd edək ki, əsası 2006-cı ildə qoyulmuş "Şəki Şərab" zavodunun illik istehsal gücü 200 min dekalitr və ya 2,66 milyon şüşə şərab təşkil edir.
2012-ci ildən fəaliyyət göstərən GİLTEX isə 8 fabrikdən ibarət olmaqla Cənubi Qafqaz regionunda vertikal inteqrasiya sistemi ilə qurulmuş yeganə yüngül sənaye müəssisəsidir.

Tarix: 12-03-2024, 20:10
Xəbəri paylaş