Məktəbəqədər və peşə təhsili müəssisələri ATŞ-yə qoşulub
Ölkə üzrə 71 peşə və 53 məktəbəqədər təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Bu isə öz növbəsində informasiya və kommunikasiya texnologiyalarının təhsil sisteminə inteqrasiyası və idarəetmə sisteminin müasir tələblərə əsasən qurulması deməkdir.
Peşə təhsili müəssisələrinin 77 faizi fiber-optik bağlantı ilə təmin edilib. Bu, tədrisin innovativ formatda təşkilini və real vaxt əməliyyatları zamanı kommunikasiyanın sürətliliyini təmin edir.
Qeyd edək ki, ATŞ müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən ölkənin təhsil üzrə ən böyük daxili şəbəkəsidir. Belə şəbəkənin mövcudluğu təhsildə elektronlaşma meyillərinin gücləndirilməsi, interaktiv tədris mexanizmlərinin tətbiqi və innovativ pedaqoji yanaşmaların istifadəsi üçün münbit şərait yaradır.
Tarix: 27-02-2024, 21:18
Xəbəri paylaş