Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Respublika birincisi: Hədəfim informasiya texnologiyaları sahəsi üzrə işləməkdir

Magistratura təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almaq istəyirəm. Hədəfim ixtisasım üzrə işləməkdir.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarında 93 bal toplayaraq respublika birincisi olan Gültən Məhərrəmli bildirib.
Tam orta təhsilini Babək rayonunun Qaraqala kəndində alan Gültən Məhərrəmli qeyd edib ki, məktəbi bitirdikdən sonra 558 balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları ixtisasına qəbul olub: “Magistraturaya qəbul imtahanında mümkün 95 baldan 93 bal toplamışam. Bu nəticə ilə respublika birincisi olmuşam. Gələcək planım magistratura təhsilimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında almaqdır. Hədəfim isə ixtisasım üzrə işləməkdir”.
Gültən Məhərrəmli qeyd edib ki, bu uğurunun kökündə dayanan əsas amil imtahana ciddi hazırlaşmağıdır: "İmtahan nəticələrini ilk olaraq ailəmlə paylaşdım. Ailəmə, sevdiklərimə və məni dəstəkləyənlərə təşəkkürümü bildirirəm".


Tarix: 15-02-2024, 14:36

Xəbəri paylaş