Payız semestrində 8 735 tələbə təhsil krediti alıb
Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, payız sessiyası ərzində 10 min 867 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 134 nəfərin müraciəti natamam olub, 66 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1906 nəfərin müraciətinə imtina cavabı verilib, 26 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 8 min 735 nəfərə TTK verilib. Onların arasından 2 min 953 nəfərin müraciəti sosial TTK, 5 min 782 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Tarix: 11-02-2024, 19:11
Xəbəri paylaş