Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair daha bir anlaşma memorandumu imzalanıb



Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu, Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair anlaşma memorandumu imzalanıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən  bildirilib ki, imzalanma mərasimində iştirak edən Agentliyin direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, Neft-Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov prioritet istiqamət kimi birgə elmi-tədqiqat işlərinin stimullaşdırma mexanizmlərinin təkmilləşdirilməsindən, tədqiqat universitetləri və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən və bu istiqamətdə potensial əməkdaşlıq imkanlarından danışıblar.
Xatırladaq ki, ötən ay Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Hər iki memorandum “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlərə aiddir.


Tarix: 5-02-2024, 22:34

Xəbəri paylaş