Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanda 20 min 418 gənc müəllim var


Bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 20 min 418 gənc müəllim çalışır.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 6081 gənc müəllim uğur qazanaraq ümumi təhsil müəssisələrinə işə qəbul olunub. Onlardan 2 min 967-si müddətsiz, 3 min 114-ü isə müddətli müqavilə ilə təyin olunub.
Habelə 3 min 543 gənc müəllim isə həvəsləndirmə tədbirləri tətbiq edilən kənd məktəblərinə təyin olunub. Onlardan 1768-i H1, 1775-i isə H2 (həvəsləndirmə 1-rayon mərkəzindən 3 kilometrdən 20 kilometrə, həvəsləndirmə 2 isə 20 kilometrdən artıq məsafədə yerləşən kənd məktəblərində çalışan müəllimlərin aylıq əməkhaqqına əlavə) tətbiq edilən məktəblərə qəbul olunub.


Tarix: 2-02-2024, 21:40

Xəbəri paylaş