Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BMU-nun iki məzunu Prezident mükafatına layiq görülüb



Bakı Mühəndislik Universitetinin (BMU) məzunları Taryel Ağazadə və Kimyəxanım Baxışova Prezident İlham Əliyevin “2024-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamı ilə mükafatlandırılanlar sırasında yer alıblar.
Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənərək mükafata layiq görülən 10 gəncdən biri olan Taryel Ağazadə BMU-nun bakalavriat pilləsini 2021-ci ildə bitirib.
Universitetin Mühəndislik fakültəsinin Mexanika mühəndisliyi (ingilis) ixtisası üzrə məzunu olan Taryel tələbə ikən fəallığı ilə seçilib, hətta həmin dövrdən bir çox beynəlxalq startap brendlərinin Azərbaycan təmsilçisi kimi çıxış edib. Məzun olduqdan sonra fəaliyyətinin əhatə dairəsini daha da genişləndirən Taryel Böyük Britaniya, Amerika, Portuqaliya, Almaniya, İspaniya, Niderland, Macarıstan, Ukrayna, Makedoniya, Qazaxıstan, Gürcüstan, Türkiyədə təşkil olunan çoxsaylı beynəlxalq tədbir və konfranslara qatılıb. Eyni zamanda, “Mobile World Congress”, “Web Summit”, “TechCrunch Disrupt”, “Surge Summit”, “Digital Bridge 2023”, “Money20/20” kimi innovasiya yönümlü tədbirlərdə ölkəmiz üçün kontent hazırlayıb.
O, 2020-ci ildə “İnnovativ Azərbaycan” devizi altında lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə təsis olunan Azərbaycan İnnovasiya Mükafatının “İlin influenseri” nominasiyası üzrə, 2022-ci ildə isə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil edilən “IDDA Awards” innovasiya müsabiqəsinin “Ekosistem lokomotivi” nominasiyası üzrə qalibi olub.
Hazırda “Kapital Bank”ın İnnovasiya proqramına rəhbərlik edən Taryel Ağazadə texnologiya, elm və startap sahəsi üzrə media platforması olan “Tedroid”in təsisçisidir.
Prezident mükafatına layiq görülən BMU-nun digər məzunu Kimyəxanım Baxışova isə universitetin Pedaqoji fakültəsinin Fizika (ingilis bölməsi) ixtisası üzrə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2019-cu ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Radiasiya materialşünaslığı ixtisasına qəbul olan BMU məzunu magistratura pilləsini də 2021-ci ildə fərqlənmə diplomu ilə başa vurub.
Kimyəxanım Baxışova hələ tələbəlik illərində bir sıra beynəlxalq elimi tədbirlərdə uğurla təmsil olunub.
Hazırda Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun dissertantı olan Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Mariya Skadlovskaya-Küri Təqaüd Proqramını qazanan ilk azərbaycanlı tələbədir. O, ötən il sentyabrın 19-da “Epitaksial təbəqənin və piksellərin ölçülərini dəyişməklə radiasiya davamlı selvari silisium detektorların işlənməsi” adlı dissertasiya işinin tədqiqatına başlayıb.


Tarix: 2-02-2024, 21:38

Xəbəri paylaş