Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gənclər üçün Prezident mükafatçılarından 3-ü BDU-nun tələbə və məzunudur


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gəncə 2024-cü il Gənclər üçün Prezident mükafatı verilib. Həmin gənclərdən 4-ü Bakı Dövlət Universitetinin (BDU) tələbə və məzunudur
Bu barədə BDU-dan bildirilib. Qeyd olunub ki, Gülnar Abdullayeva 2016-cı ildə BDU-nun Biologiya fakültəsini, Ulucay Məmmədov 2019-cu ildə Jurnalistika fakültəsini, Fatimə Məmmədova 2023-cü ildə Mexanika-riyaziyyat fakültəsini bitirib. Pərviz Mirələmli isə hazırda BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura təhsili alır.


Tarix: 1-02-2024, 16:49

Xəbəri paylaş