Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ATMU-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd olunub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “Enməz demisən bu bayraq, enməyəcəkdir” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, ATMU-nun rektoru İlham Mədətov tədbirin Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Rektor Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən bəhs edib.
Professor Məhərrəm Zülfüqarlı M.Ə.Rəsulzadənin ictimai–siyasi, elmi fəaliyyətindən söz açıb. O, dövlət başçısının Sərəncamında “Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir” iqtibasını böyük şəxsiyyətə verilən yüksək qiymət kimi dəyərləndirib. Professor Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra M.Ə.Rəsulzadənin müxtəlif illərdə yazdığı “Əsrimizin Siyavuşu”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Çağdaş Azərbaycan tarixi” və digər əsərlərində, o cümlədən mühacirət həyatında son nəfəsinə qədər Azərbaycanın istiqlalına ürəkdən bağlı olduğunu söyləyib.
Tədbirin sonunda məruzələr ətrafında müzakirələr aparılıb.


Tarix: 30-01-2024, 22:16

Xəbəri paylaş