Elm və təhsil naziri Beyləqanda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev 23 fevral tarixində Beyləqan rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 14 fevral (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Tarix: 30-01-2024, 22:06
Xəbəri paylaş