Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universiteti və İsrailin Ben-Gurion Universiteti arasında görüş


Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İsrailin Ben-Gurion Universiteti arasında görüş keçirilib. ATU-da baş tutan görüşdə Texnologiya Universitetini tədris işləri üzrə prorektor Raqif Hüseynov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri
Mehman Kərimov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova və Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri dos. Rövşən Qasımov, Ben-Gurion Universitetini isə “Complex Data Analytics Lab” şöbəsinin rəhbəri Prof. Robert Moskoviç və “Data Science Research Center” üzrə inzibati meneceri xanım Lee Eldin təmsil edib.
Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının həyata keçirilməsi, ATU-da Ben-Gurion Universiteti tərəfindən laboratoriyanın qurulması məsələləri müzakirə edilib.


Tarix: 29-01-2024, 21:46

Xəbəri paylaş