UFAZ-da Magistratura pilləsinə sənəd qəbulu davam edir
2024/2025-ci tədris ili üzrə Azərbaycan-Fransız Universitetinin magistratura pilləsinə sənəd qəbulunun 1-ci mərhələsi davam edir.
UFAZ-da magistraturaya qəbul olmaq istəyən namizədlər həm Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanından keçməli, həm də elektron müraciət formasını tamamlamalıdırlar.
UFAZ-a sənəd qəbulunun 1-ci və ya 2-ci mərhələsindən şərti qəbul almış namizədlər DİM-in təşkil etdiyi magistratura imtahanından 50-dən artıq bal toplayarsa, (ingilis dili balı minimum 20 olarsa) UFAZ-ın magistratura proqramına qəbul ola bilər.
Bakalavriatura mərhələsində təhsili ingilis dilində olmayan namizədlərdən (Azərbaycan və Rus bölməsi) UFAZ-a qəbul zamanı minimum 6.5 bal IELTS və ya 80 bal TOEFL nəticəsi tələb olunur. Bakalavr mərhələsində ingilis dilində təhsil alan namizədlər isə bu barədə arayış təqdim etməlidirlər.
Magistratura proqramı üçün ümumilikdə 110 yer ayrılıb və bütün yerlər ödənişsizdir. Cari il magistraturaya sənəd qəbulun 1-ci mərhələsi üzrə onlayn qeydiyyat və sənədlərin təqdim edilməsi 5 noyabr, 2023-cü ildən başlayıb və 30 yanvar, 2024 il tarixinə qədər davam edəcək, birinci mərhələnin nəticələri fevralın 15-da elan olunacaq. 2-ci qəbul mərhələsi üzrə onlayn qeydiyyat və sənədlərin təqdim edilməsi isə 1 – 30 aprel, 2024 tarixində həyata keçiriləcək və nəticələr 15 may, 2024-cü ildə elan olunacaq.
Qeyd edək ki, UFAZ magistratura pilləsində 4 ixtisas üzrə qəbul aparılır:
- Fiziki Kimya/Kimya Mühəndisliyi
- Data Elmi və Süni İntellekt
- Yer Elmləri
- Su Ehtiyatlarının İdarəedilməsi
Tarix: 22-01-2024, 18:39