Elm və təhsil naziri Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Yanvarın 18-də elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib.
Tarix: 18-01-2024, 22:48
Xəbəri paylaş