İqtisad Universitetində “Yaşıl UNEC” ili elan olunub
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
“Yaşıl UNEC” ili çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planının müzakirəsi məqsədilə rektor Ədalət Muradov müvafiq strukturların, eləcə də tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb. Müzakirələr aparıldıqdan və yeni təkliflər səsləndirildikdən sonra 6 məqsəd üzrə 30-a yaxın müxtəlif tədbir və layihəni əhatə edən tədbirlər planı təsdiqlənib. Həmçinin “Yaşıl UNEC loqosu” da “Yaşıl UNEC” ilinin rəmzi kimi qəbul edilib.
Tarix: 17-01-2024, 19:46
Xəbəri paylaş