Macarıstanda təhsil almaq istəyən 715 nəfər Azərbaycan vətəndaşının ərizəsi təsdiq edilib
2024-2025-ci tədris ilində Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsil almaq istəyən şəxslər üçün ərizə qəbulu mərhələsi 15 yanvar tarixində başa çatıb.
Qaydalara əsasən sözügedən təqaüd proqramına müraciət etmək istəyən şəxslər hər iki ölkənin müvafiq elektron ərizələrini doldurub son müraciət tarixinə qədər təsdiq etməlidir. Qeyd edək ki, portal.edu.az elektron platforması üzərindən Macarıstan tərəfindən 715 nəfər Azərbaycan Respublikası vətəndaşının ərizəsi təsdiq edilib.
Ərizəçilərdən 68 nəfər bakalavriat, 572 nəfər magistratura, 75 nəfər isə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edib.
İlkin mərhələdə müraciətlərin çoxluğu, rəqabətliliyin yüksək olması nəzərə alınaraq müraciətlərin dəyərləndirilməsi yalnız müvafiq elanın şərtlərinə uyğun olaraq aparılacaqdır. Növbəti mərhələdə ərizələri qəbul edilmiş şəxslərlə müsahibələr təşkil olunacaq.
Tarix: 17-01-2024, 19:43