Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADNSU-da tədris olunan 5 ixtisasın beynəlxalq akkreditasiya müddəti uzadılıb



Almaniyanın və Avropanın məşhur akkreditasiya təşkilatlarından biri olan Mühəndislik, İnformatika, Təbiət Elmləri və Riyaziyyat üzrə Təhsil Proqramları üçün Akkreditasiya Agentliyi tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 5 ixtisası üzrə tədris proqramı Avropa standartlarına uyğun sayılaraq növbəti üç il müddətinə akkreditasiya olunub.
Beynəlxalq agentliyin qəbul etdiyi qərara əsasən, ADNSU-nun mexatronika və robototexnika mühəndisliyi, neft-qaz mühəndisliyi, geologiya mühəndisliyi, kimya mühəndisliyi (bakalavriat üzrə), kimya mühəndisliyi (magistratura üzrə) ixtisaslarının beynəlxalq akkreditasiyadan keçməsi 2027-ci il sentyabrın 30-dək rəsmi olaraq etibarlı hesab edilir.
Ümumilikdə isə ADNSU-da 18 ixtisas beynəlxalq akkreditasiyadan keçib.


Tarix: 17-01-2024, 19:34

Xəbəri paylaş