Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“Təhsildən tərəqqiyə”




Yanvarın 16-da Azərbaycan Texniki Universitetində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “Təhsildən tərəqqiyə” adlı tədbir keçirilb.   
“Təhsildən tərəqiyyə” adlı tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, özəl sektorun nümayəndələri iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib ki, dövlət-özəl tərəfdaşlığına həsr olunmuş tədbirin keçirilməsində məqsəd Təhsilin İnkişafı Fondunun reallaşdırdığı layihələr, eləcə də Fondun gələcək fəaliyyəti haqqında məlumat vermək, tərəfdaşları təlif etməkdir. 2023-cü il ərzində Fond tərəfindən görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandıran sədr təhsil vasitəsilə tərəqqiyə gedən bu yolda dövlət və özəl qurumları, ali təhsil müəssisələrini daha sıx əməkdaşlığa dəvət edib.
Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev Təhsilin İnkişafı Fondunun fəaliyyətə başladığı gündən dövlət-özəl, universitet-sənaye əməkdaşlığına xüsusi əhəmiyyət verdiyini və bu istiqamətdə uğurlu addımlar atdığını vurğulayıb. Bu əməkdaşlığın ən uğurlu nümunəsinin ötən il baş tutan Təhsilin İnkişafı Forumu olduğunu bildirən rektor Fondun gələcək fəaliyyətində uğurlar arzu edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı TİF ilə birlikdə həyata keçirilən “Qızların təhsilinə dəstək” layihəsinə toxunaraq qeyd edib ki, layihə gələcəyin qurucuları kimi qalib Azərbaycan gənclərinin, savadlı, bilikli, hüquqlarını və öhdəliklərini bilən şəxsiyyət kimi formalaşmasına töhfə verir. Komitə sədri qızların təhsilinə dəstək çağırışına ilk olaraq qadın sahibkarların səs verdiyini, daha sonra bu sıraya digər iş adamları, qurumlar, müxtəlif təşkilat və birliklərin qoşulduğunu və Təhsilin İnkişafı Fondunun vasitəsilə artıq bu istiqamətdə sistemli bir iş görüldüyünü söyləyib.
Daha sonra təhsilin inkişafına yönəldilmiş layihələrə dəstək verən dövlət qurumları və özəl sektor nümayəndələrinə tərəfdaşlıq və ianə sertifikatları təqdim olunub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən “Cadenza” Orkestrinin ifaları ilə müşaiyət edilən tədbirin yekununda qonaqlar müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.  




Logo


Tarix: 17-01-2024, 19:32

Xəbəri paylaş