Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib



Yanvarın 16-da Elm və Təhsil Nazirliyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bir qrup əməkdaşına dövlət təltifləri təqdim edilib. 
 
Təqdimat mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisəsinin kollektivini salamlayaraq dövlət təltiflərinin verilməsini onlara göstərilən böyük etimad kimi dəyərləndirib. 
 
Elm və təhsil sahəsində gələcəyə baxışdan danışan Emin Əmrullayev bildirib ki, bu gün mədəniyyət və incəsənət üzrə Azərbaycan təhsilinin nailiyyətləri qürur duyula biləcək qədər böyükdür. Bu da sözügedən sahələr üzrə çalışan sənətkar, alim və müəllimlərin əməyinin nəticəsidir. 
 
Sonda elm və təhsil naziri müəssisənin professor-müəllimlərini yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 
Daha sonra universitet əməkdaşlarına dövlət təltifləri təqdim olunub.
 
Sonda çıxış edən rektor Ceyran Mahmudova, həmçinin universitet əməkdaşları onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.   
 
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı əsasında ADMİU-nun 100 illiyi münasibətilə müəssisənin 7 əməkdaşı Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, 3 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.
 
Sərəncam əsasında həmçinin Azərbaycanda təhsilin inkişafında xüsusi xidmət və peşəkarlığına görə universitetin rektoru Ceyran Mahmudovaya “Əməkdar incəsənət xadimi”, universitetin 9 müəlliminə “Əməkdar müəllim” fəxri adı verilib. Universitetin 4 əməkdaşına isə ölkədə təhsilin inkişafında uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.


Tarix: 16-01-2024, 20:41

Xəbəri paylaş