Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-da Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız ilə görüş





Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Respublikasının Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızla görüşüb.  
Rektor Elçin Babayev BDU ilə qardaş Türkiyənin ali məktəbləri arasında elm-təhsil əlaqələrinin son illər daha da intensivləşməsinin sevindirici olduğunu qeyd edib. O bildirib ki, Sivas Cümhuriyyət Universiteti ilə də anlaşma memorandumu və “Erasmus+ KA 171” proqramı çərçivəsində uğurlu əməkdaşlıq davam edir, fizika üzrə ikili diplom proqramı hazırlanır. Rektor fizika ilə yanaşı, kompüter elmləri, biotexnologiya, kimya, riyaziyyat, ekologiya, tarix, ədəbiyyat istiqamətləri üzrə də geniş əməkdaşlıq imkanlarının olduğunu xatırladıb. Qeyd edib ki, bu sahələr üzrə BDU ilə Sivas Cümhuriyyət Universiteti ortaq tədqiqatlar apara, birgə layihələr həyata keçirə bilər.  
Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldız da BDU ilə ortaq layihələrə, xüsusilə müəllim-tələbə mübadiləsinin, müxtəlif sahələr üzrə elmi tədqiqatların  genişlənməsinə ehtiyac olduğunu bildirib.  
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  


Tarix: 16-01-2024, 20:09

Xəbəri paylaş