Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Dövlət İdarəçilik Akademiyasının üç tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının üç tələbəsi – Siyasi idarəetmə fakültəsi Politologiya ixtisasının II kurs tələbəsi Murad Alməmmədov, İnzibati idarəetmə fakültəsi Davamlı inkişafın idarəedilməsi ixtisasının II kurs tələbəsi Elmira Əliyeva və Komputer elmləri ixtisasının III kurs tələbəsi Cəmşid Aydəmirov və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamı ilə təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb. İlk dəfə təqdim edilən və 3000 manat dəyərindəki “Heydər Əliyev adına təqaüd” ölkə üzrə bakalavriat səviyyəsində təhsil alan və ən yüksək təhsil göstəriciləri olan 100 tələbəyə birdəfəlik qaydada verilib. DİA-nın Böyük Elmi Şurasında rektor akademik Urxan Ələkbərov təqaüdə layiq görülən tələbələri təbrik etmiş və onlara gələcək təhsillərində və həyatlarında uğurlar arzulayıb.


Tarix: 11-01-2024, 20:02

Xəbəri paylaş