Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Şimal regionu üzrə 718 şagird fənn olimpiadalarının yarımfinalına vəsiqə qazanıb

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, şimal regionu üzrə 718 şagird yarımfinala vəsiqə qazanıb.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, uğur qazanan şagirdlərin 262-si Quba, 186-sı Xaçmaz, 113-ü Şabran, 92-si Qusar, 65-i isə Siyəzəndə yerləşən məktəblərdə təhsil alır.
Fənn olimpiadalarının I mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 187, riyaziyyat fənni üzrə 172, coğrafiya fənni üzrə 111, tarix fənni üzrə 83, informatika fənni üzrə 59, fizika fənni üzrə 40, kimya fənni üzrə 34, biologiya fənni üzrə 32 region məktəblisi yarımfinal turuna vəsiqə qazanıb.


Tarix: 12-01-2024, 13:30

Xəbəri paylaş