Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universiteti ilə Polşanın Bialystok Texnologiya Universiteti arasında ikili diplom proqramı imzalanıb




Azərbaycan Texnologiya Universiteti (UTECA) ilk ikili diplom proqramını Avropa ilə əldə edib.
 
UTECA-dan bildirilib ki, Azərbaycan Texnologiya Universiteti ilə Polşanın Bialystok Texnologiya Universiteti arasında buna dair sənəd imzalanıb.
 
Magistratura səviyyəsində "Nəqliyyat logistikası" proqramı üzrə ikili diplom müqaviləsi Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və Bialystok Texnologiya Universitetinin rektoru professor Marta Kosior-Kazberuk tərəfindən imzalanıb.
 
Sözügedən proqrama növbəti tədris ilindən qəbul aparılması nəzərdə tutulub. Magistrantlar iki semestr UTECA-da, iki semestr isə Bialystok Texnologiya Universitetində təhsil almaqla, sonda hər iki universitetin magistr diplomunu qazanacaqlar.
 
Qeyd edək ki, ikili diplom proqramında tədris ingilis dilində aparılacaq.


Tarix: 6-01-2024, 14:09

Xəbəri paylaş