Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fizika-riyaziyyat və texnika elmləri üzrə Problem şurasının iclası keçirilib


Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan  Respublikası  Elmi  Tədqiqatların Əlaqələndirilməsi  Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə Problem şurasının növbəti iclası keçirilib.
Onlayn tədbirdə Problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.
AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri akademik Rasim Əliquliyev çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, tədbir respublikanın müxtəlif ali məktəbləri, elmi tədqiqat müəssisələri, eyni zamanda AMEA-nın institut və təşkilatlarından daxil olmuş elmlər və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi məsələlərinə həsr olunub.
Sonra akademik R.Əliquliyev 4 elmlər və 19 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib. Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar Problem şurası üzvlərinin suallarını cavablandırıblar.
Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

science.gov.az/az/news/open/27537


Tarix: 25-12-2023, 22:49

Xəbəri paylaş