Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Cəlilabadda təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb
Dekabrın 25-də Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Cəlilabad rayonunda olub.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Alar kənd 1 nömrəli tam orta məktəbinin qarşısında ucaldılan büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Səfər çərçivəsində Mətin Kərimli Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla görüşərək fikir mübadiləsi aparıb.
Sonra Aparat rəhbəri Heydər Əliyev adına Alar kənd 1 nömrəli və Cəlilabad şəhəri Rəşad Abdullayev adına 2 nömrəli tam orta məktəblərdə, ardınca 2 və 10 nömrəli körpələr evi-uşaq bağçalarında tədris prosesini izləyib, yaradılmış şəraitlə tanış olub. Mətin Kərimli, həmçinin adıçəkilən müəssisələrin kollektivi ilə görüşüb, onlarla söhbət apararaq təkliflərini dinləyib.
Daha sonra Mətin Kərimli Cəlilabad rayonu təhsil sektorunun inzibati binasına baxış keçirib və əməkdaşların iş şəraiti ilə tanış olub.
Mətin Kərimli səfər çərçivəsində təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb.
Rayonun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Aparat rəhbəri son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin bilik və bacarıqlarının artırılması, eləcə də effektiv kommunikasiyanın əhəmiyyətindən danışıb.
Görüş zamanı məktəb direktorları fikir və təkliflərini bölüşüblər.
Səfər çərçivəsində Mətin Kərimli, həmçinin vətəndaşlarla görüşüb, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
Tarix: 25-12-2023, 22:37
Xəbəri paylaş