Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Texnologiya Universitetinin tələbəsi Emin Allahverdiyev “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb




 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı çərçivəsində 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim edilib. Onların arasında Azərbaycan Texnologiya Universitetinin tələbəsi Emin Allahverdiyev də var.
 
“Heydər Əliyev adına təqaüd” tələbəmizə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov tərəfindən təqdim edilib.
 
Qeyd edək ki, “Heydər Əliyev adına təqaüd” “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli Sərəncamı ilə təsis edilib. Sərəncama əsasən ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” 3000 (üç min) manat məbləğində birdəfəlik verilir. 
 


Tarix: 18-12-2023, 14:30

Xəbəri paylaş