Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları təltif edilib

 
   Prezident İlham Əliyev “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.  Sərəncama əsasən, universitetin 100 illiyi münasibətilə ali təhsil müəssisəsinin 7 əməkdaşı  “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”,  3 əməkdaşı  3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər  “Tərəqqi” medalı ilə təltif edilib.  
   Bundan əlavə, Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə universitetin rektoru Ceyran Mahmudovaya “Əməkdar incəsənət xadimi”, 9 müəlliminə “Əməkdar müəllim” fəxri adı, 4 əməkdaşına Azərbaycanda təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

https://azertag.az/xeber/azerbaycan_dovlet_medeniyyet_ve_incesenet_universitetinin_emekdaslarinin_teltif_edilmesi_haqqinda__azerbaycan_respublikasi_prezidentinin_serencami-2849041


Tarix: 13-12-2023, 22:21

Xəbəri paylaş