Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU Çinin Tongji Universiteti ilə anlaşma memorandumu imzalayıb


 
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının (ÇXR) Şanxay şəhərində yerləşən Tongji Universitetində olub. Görüşdə iki universitet arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.  
Memoranduma əsasən, ilkin mərhələdə təhsilalanların mübadiləsinin həyata keçirilməsi, doktorantların qısamüddətli və uzunmüddətli təcrübəkeçməsi nəzərdə tutulub. Razılaşmaya əsasən, növbəti mərhələdə isə magistratura və bakalavriatura səviyyələrində də tələbə mübadiləsi həyata keçiriləcək.  
İki universitet arasında fundamental elmlər sahəsində, o cümlədən fizika, kimya, riyaziyyat, materialşünaslıq, mühəndislik və süni zəka üzrə əməkdaşlıq, ikili diplom proqramlarının hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub.  
Memorandumun imzalanmasında məqsəd Tongji Universiteti ilə BDU arasında əməkdaşlığı daha da gücləndirmək, elm, təhsil sahəsində resursların qarşılıqlı istifadəsidir. Memorandum çərçivəsində akademik heyətin, tədqiqatçıların mübadiləsi də nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək. 
Daha sonra BDU-nun nümayəndə heyəti Tongji Universitetinin kampusunda, Dizayn və innovasiya kollecində yaradılan şəraitlə tanış olub.  


Tarix: 14-12-2023, 22:11

Xəbəri paylaş