Nazir: Qızılca xəstəliyi ilə bağlı təhsil sisteminin distant formaya keçirilməsi gözlənilmir
Qızılca xəstəliyi ilə bağlı hazırda bütün təhsil sisteminin distant formaya keçirilməsini və qapanmasını gözləmirik. Bunu etməyi düşünmürük. Qapanma cəmi bir məktəbdə bu olub. Hələ ki riskli hallar müşahidə olunmur. Belə bir şəraitdə böyük qapanmalar və yaxud bağlanmalar ehtimal edilmir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə müsahibəsində söyləyib. Nazir qeyd edib ki, qızılca xəstəliyi ilə bağlı statistikanı gigiyena-epidemiologiya mərkəzləri aparır: “Biz diaqnostika ilə məşğul olan qurum deyilik. Amma ümumilikdə gördüyümüz ondan ibarətdir ki, artım sürətinə nisbətən azalma var və təbii ki, bu proses yenə də nəzarətdədir. Bu günlərdə müşahidə edilmiş vəziyyətin təkrarlanmaması üçün valideynlər öz övladlarını vaxtında və düzgün qaydada peyvənd etməlidirlər ki, bir daha belə bir hadisə ilə üzləşməyək”.
Tarix: 12-12-2023, 16:30