Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Təhsilin İnkişafı Fondunun Gəncədə yerləşən ali təhsil müəssisələri üçün təqdimatı keçirilib


Azərbaycan Texnologiya Universitetində Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondunun Gəncədə yerləşən ali təhsil müəssisələri üçün təqdimatı keçirilib. 
 

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və hər üç universitetin struktur bölmə rəhbərləri iştirak edib.
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqdimatla çıxış edib. Sədr Fondun yaradılması, məqsədləri, missiyası, Fond tərəfindən həyata keçirilən layihələr, təqaüd proqramları barədə ətraflı məlumat verib, perspektivdə yeni layihələrin olduğunu qeyd edib.
 
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.
 


Tarix: 8-12-2023, 13:58

Xəbəri paylaş