Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ABŞERON RAYONUNDA BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ QEYD OLUNDU


 

 

Həsən MAHMUDOV

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin

akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 
 “İnformasiya və telekommunikasiya” şöbəsinin əməkdaşı

 

Abşeron rayonunda İstedadlı Əlillər İctimai Birliyinin təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın dəstəyi ilə Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Məndə bir ulduzam"adlı tədbir keçirildi.

 


 

Tədbirdə Dövlət himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözləri ilə başlayan İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov öncə qonaqları salamladı və tədbirin mahiyətindən danışaraq qeyd etdi ki, bütün dünyada hər il dekabrın 3-də Beynəlxalq Əlillər Günü qeyd olunur. Bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu günün məqsədi ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdən ibarətdir.

 


 Təbirdə Abşeron Rayon İcra Hakimiyyətinin müavini Gülnar Rəhimova Rayon İcra Hakimiyyətinin Başçısı Cənab Abdin Fərzəliyevin salamlarını diqqətə çatdıraraq, çıxış edib bildirdi ki, Ölkə Prizdentinin sosial təbəqələrdən olan vətəndaşların cəmiyyətə inteqrasiyası, sosial rifahı və ölkə vətəndaşları ilə bərabər hüquqa malik olması ilə bağlı sərəncamlar, təqaüd və müavinatların artırılması, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələrinin, qazilərin və əliliyi olan şəxslərin mənzillə təmin olunması daim diqqət mərkəzində olub və bu danılmaz bir faktdır. Biz də ölkə Prezidentinin tapşırığına xidmət edən məmurlar olaraq, vətəndaş cəmiyyətinin hər bir problemini həll etmək, sosial təbəqənin daim yanında olmaq, bizim bir mənalı olaraq vəzifə borcumuzdur.

                                                      

 

Tədbirdə Milli Məcilisin deputatı Aqil Məmmədov çıxış edərək bildirib ki, bu kimi tədbirlərin keçirilməsi vacib və əhəmiyətlidir, Azərbaycan dövləti BMT-nin üzv olduğu gündən ölkənin bütün bölgələrində 3 Dekabr Beynəlxalq Əlillər Günü yüksək səviyədə təşkil olunur, dövlətin siyasətində sosial təbəqənin maddi rifah halının yüksəldilməsi, onlara mənəvi olaraq daim yanında olmaqla, diqqət göstərməkdən ibarətdir.

 

 

Abşeron Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək bildirdi ki, Ölkə Prezidentinin şəhid ailələrinə, qazilərimizə, ümumi səbəbdən əlilliyi olan şəxslərə göstərdiyi qayğı və diqqət, Abşeron Rayonuna Başçı təyin etdiyi cənab Abdin Fərzəliyevin gördüyü işlərin bariz numunəsidir. Abdin müəllim sözdə yox, bu kimi problemləri əməlində edib və edir də, buna görə biz şəhid ailələri, şəhid anaları adından öz təşəkkürümüzü cənab Prezidentimizə və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin müəllimə bildiririk.


 


Tədbirdə iştirak edən Respublikanın Əməkdar müəllimi, Qabaqcıl təhsil işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Vaqif Mahmudov keçirilən belə tədbirlərin ictimai, mənəvi və tərbiyəvi əhəmiyyətini xüsusi qeyd edərək, tədbirin təşkilatçılarına öz dərin minnətdarlığını bildirdi. O, sonda müəllifi olduğu kitablardan hədiyyə olaraq Abşeron Rayon İcra Hakimiyyətinə və İstedadlı Əlillər İctimai Birliyinə təqdim etdi.


 


Tədbir İstedadlı Əlillər İctimai Birliyinin musiqi təhsilli əlilliyi olan şəxslərin və tanınmış Əməkdar artistlərin ifasında konsert proqramı ilə davam etdirildi.

Tədbirdə Əməkdar artistlərdən Yusif Mustafayev, Babək Niftəliyev və əlilliyi olan müğənnilərdən Rübabə Mahmudova, Müslüm Müslümzadə, Vətən müharbəsi qazisi Mövlud Əhmədov, Nərmin Əliyeva, Bəhlul Əliyev, Rəvanə Ağamirova, Yasər Əzizov, Ülviyyə Qarayeva, Günay Məmmədova, Nicat Allahyarov və digər əliliyi olan səxlərin ifalarında musiqilər səsləndirildi, eyni zamanda əlilliyi olan şəxlərin əl işlərindən ibarət sərgi numayiş olundu.




Tədbirin sonunda İstedadlı Əlillər İctimai Birliyinin sədri Qubad Qasımov   tədbirin keçidilməsində dəstək göstərən Abşeron Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuranın sədrinə, tədbirin keçirildiyi “Xəzinə Palace” restoranının rəhbərliyinə və kollektivinə İstedadlı Əlillər İctimai Birliyinin adından təşəkkürünü bildirdi, əlilliyi olan musiqiçilərə hədiyyələr təqdim olundu və onlar İstedadlı Əlillər İctimai Birliyinin təşəkürnamələri ilə təltiv olundular. 




 



Tarix: 4-12-2023, 18:12

Xəbəri paylaş