Firudin Qurbanov: Ailə dəyərlərinin gənc nəslə ötürülməsi vacib məsələlərdəndir
Hər bir insanı xarakterizə edən onun mədəniyyəti, dünyagörüşüdür. Elm və Təhsil Nazirliyi milli, mənəvi və ailə dəyərlərinin təbliği istiqamətində müvafiq layihələr həyata keçirir. Bunlardan biri də “Məktəblinin dostu”dur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov noyabrın 29-da Milli Məclisdə keçirilən “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə səsləndirib.
Ailə dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanılmasının və gənc nəslə ötürülməsinin vacibliyini vurğulayan nazir müavini ailə institutlarının əhəmiyyətini qeyd edib.
“Biz çalışırıq ki, şagirdlərlə ünsiyyətdə həssaslığı qoruyaq. Bu barədə müəllimləri məlumatlandırır, diqqətli olmağı tövsiyə edirik. Uşaq və gənclərimiz ailə dəyələrinə hörmət ruhunda tərbiyə olunmalıdırlar”, - deyə Firudin Qurbanov bildirib.
Tarix: 29-11-2023, 23:00