Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Gürcüstanın müxtəlif universitetlərini bitirən gənclər ADA Universitetində təhsillərini davam etdirə bilərlər





Gürcüstanın müxtəlif universitetlərini bitirən azərbaycanlı və gürcü gənclər ADA Universitetində təhsillərini davam etdirə bilərlər. Bunun üçün ADA Universitetində hər cür imkan var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan ADA Universitetinin prorektoru Vəfa Kazdal noyabrın 20-də Gürcüstan təhsil və elm nazirinin müavini Nodar Papukaşvili ilə görüşdə söyləyib.
Görüşdə iki ölkənin təhsil nazirlikləri, ayrı-ayrı universitetləri arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı imkanlar, tələbə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gürcüstan tərəfinə ADA Universitetində təhsilin yüksək səviyyəsi, dünyanın aparıcı elm ocaqlarının ADA-ya marağının artması, universitetdə kadr hazırlığı ilə bağlı tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.
ADA Universitetinin nümayəndə heyəti bu gün, həmçinin Tbilisi Dövlət Universitetində olub, qarşılıqlı əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Görüşdə ADA Universitetinin Tələbə qəbulu şöbəsinin müdiri Mahnur Abbasova, universitetin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva və Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov iştirak ediblər.


Tarix: 20-11-2023, 23:20

Xəbəri paylaş