Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Aşqarlar Kimyası İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunan “Qalib ölkənin qələbə sevinci” adlı tədbir keçirilib.


 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akad.Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “8 noyabr – Zəfər Günü”nə həsr olan bayram tədbiri keçirilib.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan tədbirdə giriş nitqi ilə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki: “8 noyabr 2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günü olaraq keçən, Qarabağa qovuşduğumuz tarixi gündür. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi Azərbaycan xalqının iftixar və qürurla qeyd ediləcək tariximizin ən şanlı və parlaq səhifəsinə çevrildi. Çünki 30 illik erməni işğalına son qoyan bu tarix xalqımıza son 200 illik bir dövrdə indiyə qədər yaşmadığı sevinci yaşatmış, vətəndaşlarımızı qalib ölkənin qürurlu vətəndaşına çevirmişdir. 27 sentyabr 2023-cü il tarixində 23 saat 43 dəqiqiqə çəkən lokal  anti-terror əməliyyatı nəticəsində isə bu sevincimiz daha da artdı. Beləliklə süverenliyimiz və Konstitusiya quruluşu bütün ölkə ərazisində bərpa olundu”.
Sonra İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının gənc mütəxəssisi – Leyla Vahidzadə “Qalib ölkənin qələbə sevinci” adlı təqdimatla çıxış edib və 44 günlük Vətən müharibəsinə - Zəfər Gününə həsr olunmuş videoçarxı nümayiş etdirib.
İnstitutun alimi Nusrət Əliyev bu gününün tarixi əhəmiyyəti ilə bağlı öz fikirlərini bölüşüb və gənc nəsilə arzu və tövsiyələrini çatdırıb.
Tədbiri öz çıxışı ilə davam etdirən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev Vətən müharibəsində ordunun, xalqın göstərdikləri qəhrəmanlıqdan, dövlətin müharibə şəhidləri və qazilərinə göstərdikləri qayğı və köməkdən bəhs edib. Qeyd edib  ki, Zəfəri qazanmaq qədər onu qorumaq da şərəfli bir borcdur: “Bu şərəfli vəzifə bizə və bizdən sonra gələcək nəsillərə aiddir. Biz də hər birimiz bu Vətənin övladı olaraq Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, Azərbaycanın, Qarabağ torpaqlarının yenidən çiçəklənməsi üçün əlimizdən gələni etməliyik”, - deyə fikirlərinə əlavə edib.
 
 
 
 


Tarix: 6-11-2023, 22:12

Xəbəri paylaş