Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Ötən ay xaricdə təhsil alan 612 nəfərin diplomu tanınıb



Təhsildə Keyfiyyət Təminatı Agentliyi oktyabr ayında tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Ötən ay müraciət edən 729 nəfərin 612-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 99, təhsilalma forması üzrə 10, dövlət nümunəli olmayan diplom üzrə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 261, Rusiyadan 197, Türkiyədən 132, Gürcüstandan 54, Belarusdan Respublikasından 40, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat üzrə 43 müraciətçi qeydə alıb.
Qeyd edirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə tanınması imtahanında iştirak edən müraciətçilərin 47 faizi imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə edib. Müraciət edənlərdən 53 faizi isə imtahanda keçid balı toplamayıb və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə ediblər.


Tarix: 3-11-2023, 21:13

Xəbəri paylaş