UNEC-ə yeni tədris ilində 152 əcnəbi tələbə qəbul olub
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı və Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova universitetin əcnəbi tələbələrə təqdim etdiyi imkanlar, eləcə də UNEC-də yeni fəaliyyətə başlayan “Erasmus Tələbə Şəbəkəsi - ESN” barədə məlumat veriblər.
Sonra tələbələrin sualları dinlənilib və onları narahat edən məsələlər yerindəcə həll edilib.
Qeyd edək ki, 2023/2024-cü tədris ilində UNEC-ə Çin, Rusiya, İsrail, Türkiyə, Gürcüstan, Ukrayna, Türkmənistan, Nigeriya, Əfqanıstan, İran, Özbəkistan, Pakistan, Qırğızıstan və Qazaxıstandan 152 əcnəbi tələbə qəbul olub. Ümumilikdə isə universitetdə 391 əcnəbi tələbə təhsil alır. Təhsil qrantı və dövlət proqramları çərçivəsində UNEC-də təhsil alan əcnəbilərin sayı isə 14 nəfərdir.
Tarix: 30-10-2023, 20:40