Məktəb direktorlarının işə qəbulu üzrə müsahibələrə başlanılır
Oktyabrın 31-dən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 27-28-də müsahibə mərhələsində iştirak edəcək namizədlərin şəxsi səhifələrinə tarix, saat, məkan və tələb olunan sənədlər barədə məlumat göndərilib. Digər namizədlərə müsahibə mərhələsinin qrafiki barədə mərhələli şəkildə məlumat veriləcək.
Qeyd edək ki, müsahibə mərhələsi əyani formatda Bakı şəhəri 202 nömrəli tam orta məktəbdə keçiriləcək. Hər günün sonunda müsahibə nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Tarix: 25-10-2023, 21:39
Xəbəri paylaş