Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycan və Meksikanın təhsil müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Oktyabrın 13-də Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində ispan dilinin tədrisi imkanları, iki ölkənin ümumi təhsil müəssisələri arasında “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsi, habelə universitetlər arasında tələbə və müəllim mübadiləsinin aparılması məsələləri müzakirə edilib.


Tarix: 13-10-2023, 21:19

Xəbəri paylaş